MN-nin daha bir sabiq idarə rəisi-SAXLANILDI

Müdafiə Nazirliyinin (MN) daha bir sabiq idarə rəisi saxlanılıb.

Etikxeber.az-ın xəbərinə görə, MN-in Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində saxlanılıb.

O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Fikrət Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində baş verən mənimsəmə faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir.

Bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və bəzi vəzifəli şəxslər həbs edilib.

Fikrət Mirzəyevin saxlanılması ilə bağlı ilk xəbəri “qafqazinfo.az” saytı yayıb.

Etikxeber.az

Read Previous

“Diplomatik həllə hazırıq, amma təslim olmayacağıq…”-Ukrayna XİN başçısı – LAVROV-KULEBA GÖRÜŞÜ NƏTİCƏSİZ BAŞA ÇATDI – YENİLƏNİB – (6)

Read Next

“Kölə olmayacağıq”-ZELENSKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir