Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) martın 10-da keçirilən növbəti plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik müzakirə olunub.
Etikxeber.az-ın xəbərinə görə, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihədə “Lisenziyalar və icazələr haqqında” qanuna 22.1-1 maddəsinin əlavə edilməsi təklif olunur.
Yeni maddəyə əsasən, qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 4-1 maddəsi (sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) əlavə edilir, bu bənd üzrə tələb olunan lisenziya 10 il müddətinə verilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, Azərbaycanda hazırda bütün sahələr üzrə lisenziyalar (icazə) müddətsiz verilir.
Etikxeber.az