Mobil telefonlar və siqaretlər aşkar edildi

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarzə şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun idxal-gömrük nəzarəti zonasında Rusiya Federasiyası istiqamətindəngələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 28000 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar olunub.

Eyni zamanada Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal-gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən 4400 ədəd “NZ Gold Compact”, avtomobilin tibb çantasının içərisindən 5 qutu “Belomorkanal” markalı siqaretlər, qabaq oturacaqların arasından isə 9 ədəd “Samsung Galaxsy J1 mini” markalı mobil telefonlar aşkar olunub.
Hazırda hər iki faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Oğurluqda və quldurluqda şübhəli bilinən şəxslər tutuldu

Read Next

“Koroğlu”da avtobusların dayanacaq yeri dəyişdirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir