“Modul tipli məktəblərin digər üstünlüyü ondadır ki, istilik itkisi iki dəfə az olur, rütubət isə ümumiyyətlə, olmur…”-DEPUTAT – FOTOLAR

Bütün sahələrdə olduğu kimi ötən illər ərzində ölkəmizdə məktəb tikintisi də sürətlə davam etdirilib. Yeni məktəblərin tikintisi, onların maddi- texniki təminatının gücləndirilməsi ilə bağlı dövlət proqramları qəbul olunub.  Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Goranboy rayonunda daha bir məktəbin tikintisinə başlanılıb.

Etikxeber.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov deyib ki, rayonda olduğu müddətdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə Abbasqulular kəndində tikintisinə başlanılmış modultipli məktəbdə aparılan tikinti işləri ilə yaxından tanış olublar:

“İş icraçıları ilə görüşdük, gələcəkdə məktəbin elektrik enerjisi, istilik sistemi və su təminatı ilə bağlı müzakirələr apardıq. Məlumat üçün bildirmək istəyirəm ki, bu cür məktəblərin tikintisinin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun azaldılıb-artırıla bilməsindədir. Modul tipli məktəblərin digər üstünlüyü ondadır ki, bu cür binalarda istilik itkisi iki dəfə az olur, rütubət isə ümumiyyətlə olmur. İnanıram ki, istər modul tipli məktəblərin tikintisi, istər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsinə əsaslı şəkildə təsir göstərəcək”.

Etikxeber.az

Read Previous

DTX Suriyada döyüşmüş şəxsi-HƏBS ETDİ – FOTO

Read Next

“Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!”-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir