Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Dostunu göstər…və ya Azərbaycana maraq hər zamankından daha da çoxdur…”
(Yazının davamı:İkinci-sonuncu hissə)
Bu gün İtaliyada Azərbaycan neftinin 17 faizinin istehlak olunması bəzi ölkələrlə birlikdə həm də Ermənistanın qıcığına səbəb olur.
Çünki Azərbaycanın imzaladığı hər bir beynəlxalq müqavilə bie daha Azərbaycanın gücünü göstərir, Azərbaycanın gələcək inkişafını təmin edir.
Əlbəttə ki, getdikcə güclənən, möhkəmlənən Azərbaycan, Dağlıq Qarabağlı Azərbaycan Ermənistanı və onun havadarlarını məmnun edə bilməz.
Lakin Ermənistanın bu sahədəki addımları da digərləri kimi fiaskoya uğradı.
Çünki dünya əlbəttə ki, birinci növbədə daha çox iqtisadi maraqlar üzərində dayanır.
Hər bir dövlətin bir ölkədə öz iqtisadi maraqları, siyasi maraqları olur və Azərbaycanla münasibətlər həmin ölkəyə, onun xalqına, insanına divident qazandırırsa, irəliyə doğru inkişaf qazandırırsa, əlbəttə ki, həmin ölkə Azərbaycanla münasibətlərini qoruyub saxlamağa çalışacaqdır.
Eyni zamanda Azərbaycan üçün də bu prioritet məsələlərdən biridir. Və bir məqamı da unutmayaq, biz, sadəcə, iqtisadi və siyasi məsələlərdən danışmırıq.
Qeyd etdiyim kimi, ölkələr arasındakı münadibətlər həm də milli-mənəvi dəyərlərə verilən qiymətə əsaslanır.
Bu mənada Heydər Əliyev Fondunun bütün dünyada, o cümlədən İtaliyada – Romadakı, Vatikandakı fəaliyyətini unutmamalıyıq.

Həyata keçirilən möhtəşəm layihələr, xüsusilə birinci vitse-prezident, xanım Mehriban Əliyevanın birbaşa rəhbərliyi ilə baş tutan layihələr bir daha Azərbaycanın üstün mövqeyini ortaya qoyur və Azərbaycana böyük dividentlər və dostlar qazandırır.
Ölkə prezidentinin bir neçə gün əvvəl AzTV-yə müsahibəsində də vurğuladığı kimi, biz Qarabağda, Şuşanın işğaldan azad olunmasından cəmi 6 gün sonra, noyabr ayının 16-da Şuşaya yol çəkməyə başladıq.
Bu, çox əhəmiyyətli bir məsələdir.
Əlbəttə ki, bu layihələr birdən-birə həyata keçirilə bilməz.
Bu layihələr mərhələli şəkildə həyata keçiriləcəkdir. Cənab prezident, müsahibəsində həmin layihələrin həyata keçirilmə prunsipinin, ardıcıllığının da anonsunu vermiş oldu.
Əlbəttə ki, bu mərhələli inkişafda dünyanın bir çox şirkətləri, o cümlədən Türkiyə və İtaliya şirkətləri, eyni zamanda arzu edən və bizə dost olan ölkələri digər şirkətlər də iştirak edə biləcəklər.
Birinci növbədə biz o torpaqları minalardan təmizləyəcəyik, digər tərəfdən həmin ərazilərin böyük layihələri artıq hazırlanır.
Və əlbəttə, düşünürük ki, Türkiyə və İtaliya şirkətləri bu şirkətlər içərisində öncüllər sırasında olacaqdır.
Bir sözlə, Qarabağımızı yenidən qururuq, ona yeni nəfəs, yeni həyat qazandırırıq.
Qarabağda başladıtğımız bütün çalışmalarımız mübarək olsun!
Jalə ƏLİYEVA,
Millət vəkili
Etikxeber.az





