“Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə ölkəmizin inkişafına öz töhfəsini verir”-MOLDOVA PREZİDENTİ – DÖVLƏT BAŞÇISI ANTALYADA ŞİMALİ KİRP TÜRK CÜMHURİYYƏTİ VƏ MOLDOVANIN LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırdı.

Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunuldu.

Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür etdi.

Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğuladı.

Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edildi.

Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulandı, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

Söhbət zamanı dövlət başçısı ilə Maya Sandunun Azərbaycanda və Moldovada, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlandı.

Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olundu, əlaqələrimizin inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunuldu.

Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirildi.

Maya Sandu vurğuladı ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir.

Görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Etikxeber.az

Read Previous

İlham Əliyev Əhməd Əl Şaraanı Azərbaycana-SƏFƏRƏ DƏVƏT ETDİ – FOTO

Read Next

“Əli 18 yaşında Şəhidliyi ilə məni də tarixə çevirdi…”-Nuru Rzalı – Cənnətdəki altıncı doğum günündə Yardımlılı İkinci Vətən Müharibəsi Şəhidi Əli Rzalının-MƏZARI ZİYARƏT OLUNDU, ŞƏRƏFLİ ÖMÜR VƏ DÖYÜŞ YOLUNDAN SÖZ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir