Fransa çempionatının qalibi sona bir tur qalmış müəyyənləşib.
Etikxeber.az APA-ya istinadən məlumat verir ki, “Sent-Etyen”i 2:0 hesabı ilə məğlub edən “Monako” tarixində 8-cı dəfə Fransa çempionu olub.
Rəqib komandanım qapısından qolları Kilyan Mbappe (20 dəq.) və Valer Jermen (90) keçirib.
Bu qələbə sayəsində xallarını 92-yə çatdıran “Monako” turnirin sonuna bir tur qalmış çempionluğu təmin edib. İkinci yerdə qərarlaşan “PSJ” moneqaslkardan 6 xal geridədir.
Etikxeber.az