Fransanın “Monako” futbol klubu yarımmüdafiəçi Sesk Fabreqası öz heyətinə qatıb.
Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı ispan futbolçu İngiltərənin “Çelsi” klubundan transfer edilib. Fabreqas “Monako” ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalayıb.
Fabreqas peşəkar karyerasına İngiltərənin “Arsenal” klubunda başlayıb. O, 2011-ci ildə “Barselona”, 2014-cü ildə isə “Çelsi” klubuna transfer olunub.
Yarımmüdafiəçi İspaniya milli komandasının heyətində iki dəfə Avropa çempionu (2008, 2012) və bir dəfə dünya çempionu adını qazanıb.
Etikxeber.az