“Moqerini də, böyük dövlətlərin rəsmiləri də bilməlidirlər ki…” – DEPUTAT

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo davam edə bilməz” – bu sözləri Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə yüksək təmsilçisi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Brüsseldə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdikləri mətbuat konfransında deyib. Deyib, əcəb edib”.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, ancaq xanım Moqerini də, beynəlxalq qurumlar və böyük dövlətlərin bu fikri tez-tez səsləndirən digər rəsmiləri də bilməlidirlər və bilirlər də ki, status kvonun davam etməməsi üçün BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə əməl olunmalıdır, yəni işğalçı Azərbaycan torpaqlarını boşaltmalıdır.

“Onlardan kimsə Ermənistandan bunu tələb edirmi? Xeyr etmir.

Belə bir tələb yoxdursa, bir çoxlarının, özəlliklə də Minsk qrupunun başında duranların səsləndirdikləri “status-kvo davam edə bilməz” sözləri yumşaq desək, gözdən pərdə asmaq, öz adıyla çağırmalı olsaq isə riyakarlıqdır“-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Mançesterdə terrakt törədən Salman Abedinin kiçik qardaşı və atası həbs edildi – YENİLƏNİB

Read Next

İğtişaşlar zamanı 49 nəfər xəsarət alıb- BRAZİLİYADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir