Mor “Qalatasaray”da…

İstanbulun “Qalatasaray” futbol klubu Əmrə Morun transferini rəsmən təsdiqləyib.

Etikxeber.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi İspaniyanın “Selta Viqo” klubundan birillik icarə əsasında “Qalatasaray”a keçib.

İstanbul klubu buna görə İspaniya təmsilçisinə 600 min, futbolçuya isə 725 min avro ödəyib.

Müqaviləyə əsasən, “Qalatasaray” bir ildən sonra 8 milyon avro ödəyərək 22 yaşlı hücumçunu transfer edə bilər.

Əmrə Mor Türkiyə milli komandasında keçirdiyi 15 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Etikxeber.az

Read Previous

Sentyabrın 18-dən 30-dək davam edəcək Üzeyir Hacıbəyli Festivalının açılışında 3 görkəmli bəstəkarın əsəri səsləndiriləcək

Read Next

“Sabah” heyətini Diallo ilə gücləndirir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir