Moralesin səlahiyyətlərini bu xanım siyasətçi icra edəcək

Boliviyanın Konstitusiya Məhkəməsi ölkə Prezidentinin istefasından sonra Senatorlar Palatasının ikinci vitse-spikeri, “Demokratik vəhdət” müxalifət partiyasından olan Janin Anyesin dövlət başçısının səlahiyyətlərini üzərinə götürmək qərarının qanuniliyini tanıyıb.

Etikxeber.az “TASS”-a  istinadla xəbər verir ki, məhkəməni qərarına görə, “prezidentliyin ötürülməsi zərurəti respublika prezidentinin olmaması səbəbindən yarandığından”, dövlət başçısı səlahiyyətlərinin ötürülməsi üçün “nə qanun qəbuluna, nə də parlamentin qərarın ehtiyac var”.

Daha əvvəl Anyes Prezidentin öhdəliklərini üzərinə götürdüyünü bəyan edib və ölkədə yeni dövlət başçısı seçkilərini mümkün qədər tez keçirəcəyini vəd verib.

Xatırladaq ki, oktyabrın 20-də Boliviyada prezident seçkiləri keçirilib. Ali Seçki Məhkəməsi Evo Moralesin qalıb gəldiyini elan edib. Həmin vaxtdan Boliviyada etiraz aksiyaları başlayıb.

Noyabrın 10-da Evo Morales istefa verib.

Etikxeber.az

Read Previous

Büdcə zərfi ilə bağlı müzakirələr – BU GÜN DƏ DAVAM ETDİRİLƏCƏK

Read Next

Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlama aparılacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir