Morata karyerasını “Atletiko”da davam etdirəcək

Londonun “Çelsi” klubunun futbolçusu Alvaro Morata karyerasını icarə əsasında Madridin “Atletiko” komandasında davam etdirəcək.

Etikxeber.az xəbər verir ki, icarə müqaviləsi 2019/2020-ci il mövsümünün sonunadək nəzərdə tutulur.

İspaniyalı futbolçu “Çelsi” ilə beşillik müqavilə imzalayaraq 2017-ci ildən bu komandada çıxış etməyə başlayıb. O, London klubunun heyətində 72 oyun keçirib, 24 qol vurub və ötən mövsümdə İngiltərə kubokunu qazanıb.

“Atletiko” akademiyasının yetirməsi olan Morata, həmçinin Madridin “Real” və Turinin “Yuventus” komandalarında oynayıb.

O, “Real”la iki dəfə Çempionlar Liqasını, İspaniya çempionatını və kubokunu qazanıb, habelə İspaniya superkubokunu və UEFA superkubokunu əldə edib.

“Yuventus”un heyətində isə iki dəfə İtaliya çempionu və ölkə kubokunun sahibi olub.

Etikxeber.az

Read Previous

Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır- PREZİDENT- FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

“Bu, bütün xalqımızı ürəkdən sevindirdi, qürurlandırdı…” – MİLLƏT VƏKİLİ – RƏY(LƏR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir