Moskva marafonu: 70 ölkədən 30 min iştirakçı

Bu gün Rusiya paytaxtına sağlamlığı qibtə doğuran minlərlə idman həvəskarı toplaşıb. Ənənəvi Moskva marafonunda dünyanın 70 ölkəsindən 30 mindən çox insan iştirak edir.

Etikxeber.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, hazırda məsafənin yarıdan çoxu qət edilib. Marafon iştirakçıları arasında təkcə peşəkarlar deyil, yeni idmançılar da var. Ötən ilə nisbətən iştirakçıların sayı 10 min nəfər artıb.

İki il əvvəl 42 kilometr məsafəni 2 saat 17 dəqiqəyə qaçan keniyalı idmançı Moskva marafonunun rekordunu müəyyənləşdirib.

Etikxeber.az

Read Previous

Prezident: “Azərbaycan xalqı azad şəkildə öz iradəsini ifadə edəcək”

Read Next

Piyada körpüsünün uçması nəticəsində üç nəfər həlak oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir