Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi planlaşdırılır – DEKABRDA

Dekabrda Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi planlaşdırılır.

Etikxeber.az  xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

shahin-nazir

“Azərbaycan-Rusiya əməkdaşlığında regionlararası əlaqələrin rolu xüsusi qeyd olunmalıdır”-deyən nazirin sözlərinə görə, ölkəmizin Rusiyanın 80-ə yaxın federal subyekti ilə iqtisadi əlaqələri mövcuddur.

“Bu subyektlərdən 20-si ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlığa dair sazişlər imzalanıb. Ənənəvi olaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu Rusiya Federasiyası və onun subyektləri ilə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli platformadır. Bu ilin dekabr ayında Moskva şəhərində 10-cu forumun keçirilməsi nəzərdə tutulur”– deyə, nazir əlavə edib.

Etikxeber.az

Read Previous

“Xalq” anlayışını işlətmək yalnız özü-özünü aldatmaqdır…” – XİN RƏSMİSİ

Read Next

Rusiya ilə turizm sahəsində növbəti 3 il müddətinə əməkdaşlıq proqramının imzalanması nəzərdə tutulur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir