Moskvanın Trampa inamı getdikcə azalır – POLİTOLOQ

“Moskvanın Donald Trampa inamı getdikcə azalır. Bunun nəticəsidir ki, Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk separatçılarının bölgədə yaşayan vətəndaşlara verdikləri “pasportları” tanıyan fərman imzalayıb. Bu o deməkdir ki, həmin “pasportlarla” bölgədə yaşayan insanlar Rusiyaya sərbəst daxil olacaqlar, yaşayış və iş yerlərində qeydiyyata alınacaqlar, yəni bütün sənədləri tanınacaq”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, böyük ehtimalla Moskvanın sonrakı addımı “Luqansk və Donetskin Respublikalarının” tanıması olacaq.

“Başqa sözlə, Kreml Abxaziya və Cənubi Osetiya ssenarisini Ukraynada təkrarlayacaq.

Moskva növbəti addım kimi isə “Luqansk və Donetsk Respublikaları” ilə hərbi əməkdaşlıq sazişi imzalayacaq və orada hərbi birliklərini yerləşdirəcək…”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

Statistika Komitəsi: Orta aylıq əməkhaqqı 30 faiz artıb

Read Next

Həkimlərin silahlı qüvvələrdə xidmət dövrü fasiləsiz əmək stajına daxil ediləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir