Mosulda daha 3 kənd “İŞİD”-dən azad olundu

İraqda Mosul şəhərinin qərbində daha 3 kənd terror təşkilatı olan İŞİD-dən təmizlənib.

Etikxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Ninova Əməliyyatlar Komandanlığının kapitanı Faysal Yasin məlumat verib.

O, agentliyin müxbirinə açıqlamasında Mosul əməliyyatlarının davam etdiyini vurğulayıb.

Faysal Yasin, həmçinin kəndlərin azad edilməsi əməliyyatı zamanı İŞİD-ə məxsus bomba yüklü dörd avtomobilin də partladıldığını bildirib.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəsi 31 dəfə pozdu

Read Next

Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan lider olub – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir