Mourinyo “Mançester Yunayted”də doqquz futbolçu ilə vidalaşacaq

İngiltərənin “Mançester Yunayted” futbol komandasında köklü oyunçu dəyişikliyi baş verəcək.

Etikxeber.az “The Telegraph”a istinadla xəbər verir ki, qış transferində klubda 9 futbolçunun satılması nəzərdə tutulub.

Məlum olub ki, bu təşəbbüs bilavasitə baş məşqçi Joze Mourinyodan gəlib.

Hətta, vəziyyət o yerə çatıb ki, portuqaliyalı mütəxəssis müqaviləsi mövsümün sonunadək qüvvədə olan və bu il heyətə cəlb olunan hücumçu Zlatan İbrahimoviçlə də yolların ayrılmasını istəyib. Onun qənaətinə görə, komandanın son oyunlardakı uğursuzluğu məhz heyətə transfer olunan zəif futbolçuların alınmasından qaynaqlanır. Yayda dörd oyunçu – Zlatan İbrahimoviç, Henrik Mxitaryan, Erik Bayi və Pol Poqbanın alınmasına 145,7 milyon funt sterlinq xərclənib. Mourinyonun vidalaşmaq istədikləri isə müdafiəçi Matteo Darmian, Markus Roho, Fil Cons, yarımmüdafiəçi Bastian Şvaynştayger, Morqan Şnayderlin, Maykl Kerrik, Eşli Yanq, habelə hücumçu Memfis Depay və Zlatan İbrahimoviçdir.

Qeyd edək ki, “Mançester Yunayted” oktyabrın 23-də “Çelsi”yə 0:4 hesabı ilə uduzub. Bu, Joze Mourinyonun İngiltərə karyerası ərzində ən böyük hesablı məğlubiyyəti olub. Noyabrın 3-də isə “qırmızı şeytanlar” Avropa Liqasının qrup mərhələsinin IV turunda İstanbulda “Fənərbağça”ya yenilib – 1:2. Hazırda Mourinyonun komandası Premyer Liqada 10 oyundan 15 xalla səkkizinci, Avroliqada isə 6 xalla üçüncü pillədə qərarlaşıb.

Etikxeber.az

Read Previous

Avropa İttifaqı-Türkiyə razılaşmaları iflasa uğraya bilər – Milan Xovanets

Read Next

İvanovoda partlayış zamanı azərbaycanlı ailəsi də yaralanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir