Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboylu İkinci Vətən Müharibəsi Şəhidləri Orxan Namazov, Ələs Rüstəmov və Sənan Əliyev…
Dünən-24 noyabr 2024-cü il tarixində “Azərbaycan Bayrağı” ordenli Orxan Namazovla Ələs Rüstəmovun Cənnətdəki dördüncü doğum günləri, mövludlarıydı…
Oxran Namazovun 30, Ələs Rüstəmovun 26 yaşı tamam olurdu…
Həm də MAXE Ələs Rüstəmovun Anım Günü idi dünən…
Əbədiyyətə uğurlanmasından dörd il ötürdü…
Eyni zamanda, 23 noyabr tarixində Şəhid-Gizir Sənan Əliyevin Anım Günü idi…
Onun da torpağa tapşırılmasından dörd il keçirdi…
Qeyd edim ki, üzrlü səbəblərdən adları çəkilən Şəhidlərin heç birinin Anım və doğum günləri mərasimlərinə qatıla bilməmişdim…
Odur ki, bu gün-25 noyabr 2024-cü il tarixində, günorta saatlarında Orxan Namazovun Xoylu kəndindəki ocağını, ailəsini, o cümlədən məzarını, eləcə də Ələs Rüstəmovla Sənan Əliyevin Dəliməmmədli şəhər qəbiristanlığındakı məzarlarını ziyarət etdim…
Ziyarətdə mənimlə birgə Şəhid Orxan Namazovun anası Nailə Namazova və qardaşı Tərxan Namazbəyli iştirak edirdi…
Hər üç Şəhidimizin məzarları və ruhları qarşısında baş əydim, ruhlarına dualar etdim…
Ailələrinə, doğmalarına Allahdan səbr və dözüm arzuladım…
Məqamları Uca, məkanları cənnətlik, ruhları şad olsun!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az