“Mqirasiya məsələlərini geniş müzakirə etdik və…” – SAHİBA QAFAROVA – FOTO

Bu gün Avropa Şurası Parlament Assambleyasının fakt araşdırma missiyasının tədbirləri çərçivəsində Yunanıstanın paytaxtı Afina şəhərində Yunanıstan Qaçqınlar Şurasının üzvü olan QHT rəhbərləri – Valia Rouni, Marianna Tzeferakou,Fotini Patsiantoy, Giota Masouridou, Qaçqın və miqrantların hüquqları üzrə qrupun təmsilçiləri, SOS Uşaq Kəndinin rəhbəri Stergios Sifnios, Konstanitina-Ioanna Kougianou ilə görüşlər keçirdik.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı  (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova bildirib.

O, həmçinin, qeyd edib ki,  baş mühafizə mütəxəssisi Anna Leer və Kalliopi Stefanaki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçisi Theodora Tsovili, Miqrasiya Polisinin Baş katibi Patroklos Georgiadis ilə müzakirələr aparılıb.

“Görüşlərdə müəllifi olduğum hesabat barədə geniş fikir mübadiləsi apardıq, müvafiq sualları cavablandırdıq, mqirasiya məsələlərini geniş müzakirə etdik”-deyə, S. Qafarova sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

İcbari tibbi sığorta ilə bağlı qanuna – NÖVBƏTİ DƏYİŞİKLİKLƏR EDİLƏCƏK

Read Next

“Fəal siyasi dialoq mövcuddur…” – MEHRİBAN ƏLİYEVA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir