MSK bələdiyyə seçkilərinin ilkin nəticələrini-AÇIQLADI… – YENİLƏNİB

1 589 187 nəfər səs verib, 1 580 532 bülleten sayılıb.

Etikxeber.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Bildirib ki, 118 seçki dairəsi üzrə 4872 məntəqə hesabat verib.

Protokolları daxil olmuş 4872 seçki məntəqəsi üzrə 1 589 178 nəfər səs verib.

1 580 532 bülleten sayılıb.

***

Seçkilərin nəticələrinə təsir edəcək heç bir hal baş verməyib. Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına heç bir müraciət daxil olmayıb.

Bu sözləri də Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, bütün dairə seçki komissiyaları hesabat verib, lider namizədlərin sayı 7791 nəfər, tam formalaşmış bələdiyyələrin sayı 413-dür.

Etikxeber.az

Read Previous

Azərbaycanda bələdiyyə seçkiləri keçirildi-SƏSVERMƏ BAŞA ÇATDI – YENİLƏNİB – (1)

Read Next

Bu gün bu yollarda sıxlıq var-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir