MSK prezident seçkilərinin ilkin nəticələrini açıqladı-İLHAM ƏLİYEV QALİB GƏLDİ, ZAHİD ORUC İKİNCİ OLDU

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Etikxeber.az-ın xəbərinə görə, Məzahir Pənahov bildirib ki, MSK sədri bildirib ki, hazırda 6537 məntəqədən 3561-nin nəticələri daxil olub.

Bu, ümumi məntəqələrin 54,47 %-dir. Məzahir Pənahov nəzərə çatdırıb ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:

– İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);

– Zahid Oruc – 2,20 faiz;

– Fazil Mustafa – 1,99 faiz;

– Qüdrət Həsənquliyev – 1,78 faiz;

– Razi Nurullayev – 0,79 faiz;

– Elşad Musayev – 0,66 faiz;

– Fuad Əliyev – 0,48 faiz;

Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,10 %-ni toplayaraq qalib gəlib.

Etikxeber.az

Read Previous

Şavkat Mirziyoyev, Aleksandr Lukaşenko və Aleksandar Vuçiç İlham Əliyevi-TƏBRİK ETDİLƏR – YENİLƏNİB

Read Next

Tək və subay övladını Şəhid vermiş Məlahət İsmayılova ölkə rəhbərliyinə müraciət ünvanladı: “ÖVLADIMIN ORDEN VƏ MƏNZİL HAQQININ TANINMASINI İSTƏYİRƏM”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir