MSK referendumun yekunlarının elan edilməsi barədə qərar qəbul etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Etikxeber.az məlumat verir ki, MSK referenduma yekun vurulması və yekunların elan edilməsi barədə qərar qəbul edib.

Qərarda bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir. Sənəddə qeyd edilir ki, MSK-nın protokolu təsdiq edilərək referenduma yekun vurulsun, ümumxalq səsverməsi (referendum) baş tutmuş sayılaraq Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi qəbul edilmiş hesab edilsin, referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Etikxeber.az

Read Previous

“Hər hansı bir qanun pozuntusu qeydə alınmayıb” – MSK son qərarını verir

Read Next

NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir