MTRŞ-in hüquqşünası motosikletlə yol qəzasında öldü

Xətai rayonu Zığ dairəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Etikxeber.az-ın APA TV-yə istinadən məlumatına görə, tanınmış vəkil, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin əməkdaşı Toğrul Mirzəzadə 10-A-919 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Motosiklet hərəkətdə olan 90 FL 361 dövlət nömrə nişanlı “Qazel” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində vəkil Toğrul Mirzəzadə dünyasını dəyişib. Hadisə şahidləri APA TV-yə açıqlamasında motosiklet sürücüsünün başında qoruyucu dəbilqə olduğunu deyiblər. Yerdə qalmış motosikletin sürücüsünə kömək etmək istəsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

“Qazel”in sürücüsü baş verən qəzada günahı olmadığını deyib: “Mən sola dönürdüm, məni vurub getdi”.

Motosiklet zərbədən qəza baş verən yerdən təxminən 30 metr kənara düşüb. Qəzaya uğrayan şəxsin vəkil Toğrul Mirzəzadə olduğunu APA Tv-yə hadisə yerində olan BDYPİ əməkdaşları deyiblər. Onlar bildiriblər ki, qəzada ölən sürücünün sağ qoltuq cibində Vəkillər Kollegiyasının üzvlük vəsiqəsi aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Abdulrəhim Hacıyevə Azərbaycan prezidentinin fərdi təqaüdü veriləcək

Read Next

“Real Madrid” 12-ci dəfə UEFA Çempionlar Liqasının kubokuna sahib oldu – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir