Müəllim və valideynlər üçün növbəti səyyar qəbul keçiriləcək

Oktyabrın 28-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlər üçün növbəti səyyar qəbul keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Etikxeber.az-a bildiriblər ki, Nizami rayonu 12 nömrəli tam orta məktəbdə (ünvan: Özbəkistan küçəsi, 3) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Etikxeber.az

Read Previous

“İlham Əliyevdən “İqtibaslar” kitabı elektron versiyada

Read Next

“Enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq” – İlham Əliyev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir