Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Azərbaycanın Milli Qəhramanı, Biləsuvarı mübarizlər diyarına çevirən Mübariz İbrahimovun anım günüdür. Mübariz öz qəhramanlığı ilə işğalçı Ermənistanı və onun havadarlarını, erməni cəmiyyətini, habelə erməni ordusunu mənən məhv etdi, bir azərbaycanlının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Mübarizin şərəfli yolu ordumuza, cəmiyyətimizə yeni nəfəs verdi, bizim üçün aprel qələbəsinə cığır açdı.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Məhz bu xidmətləri və rəşadətinə görə Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.Anım günü münasibəti ilə Mübarizin ata evini ziyarət etdim, atası Hacı Ağakərim kişi ilə söhbət edib bir daha başsağlığı diləklərimi çatdırdım. Bu gün həmçinin Biləsuvar rayonunu təmsil edən deputatlar olaraq Milli Məclisin sədr müavini, hörmətli professorumuz Fəzail İbrahimli ilə birlikdə Mübariz İbrahimovun məzarını ziyarət etdik, ruhuna dualar oxuyub, hörmət və ehtiramımızı bildirdik. Allah Mübarizə və onun timsalında bütün şəhidlərimizə rəhmət etsin! Vətən sağ olsun!”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az