Müdafiə naziri cəbhəboyu zonada səfərdə – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən general-polkovnik Zakir Həsənova əməliyyat şəraiti barədə məruzə edilib.

Sonra Müdafiə naziri bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, düşmənin ön mövqelərini müşahidə edib.

Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir Ali Baş Komandanın tapşırıqlarını və qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb.

General-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Sonda nazir çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparıb.

Etikxeber.az

Read Previous

Gənclər Yay Olimpiya Festivalı – 6 NÖVDƏ MÜBARİZƏ OLACAQ – BU GÜN

Read Next

“Hər kəs bir-birinə qarşı nifrət mərəzindən özünü qorumalıdır” – DEPUTAT ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir