Müdafiə naziri hərbi aviabazalardan birində olub – FOTOLAR

Pilotsuz uçuş aparatlarının döyüş imkanları nümayiş etdirilib.

Etikxeber.az xəbər verir ki, Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi aviasiya bazalarından birində olub.
Müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsini, onun imkanları və effektiv istifadəsini, uçuş-enmə zolaqlarını, trenajor siniflərini, yardımçı bina və tikililərin mövcud vəziyyətini yoxlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr zabit heyəti ilə keçirilən görüşdə şəxsi heyətin diqqətinə çatdırılıb.
Müdafiə nazirinə yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuşları, heyətlərin hazırlığı və yerüstü idarəetmə stansiyasının imkanları nümayiş etdirilib.
Müdafiə naziri hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.
Görüşün sonunda nazirliyin rəhbər heyəti uçuş və texniki heyətlə birgə nahar ediblər.

mnpua1mnpua8

Etikxeber.az

Read Previous

Məqsəd Braziliya-Azərbaycan əlaqələrini inkişaf etdirməkdir – Rodriqo Maya

Read Next

75 yaşını qeyd edən Xalq artisti: “Özümü əla hiss edirəm”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir