Müdafiə naziri sosial şəbəkələrdən narazılıq etdi…

Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir. Ordumuz inkişaf edir və bununla bağlı sübutlar var.

Etikxeber.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 18-də keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır.

Onun sözlərinə görə, ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir texnikalar idi.

zakir-1

Z.Həsənov qeyd edib ki, 2016-ci ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi: “Nəticədə ermənilər məcbur olub atəşkəs üçün müraciət etdilər”.

Nazir həmçinin deyib ki, Vətən, millət, dövlət məsələsində cılız maraqlar kənara qoyulmalıdır: “Biz hamımız bir olmalıyıq. Birinci Qarabağ müharibəsində ermənilər bizim aramızda nifaq saldılar və nəticəsi göz önündədir”.

Nazirin iddiasına görə, sosial şəbəkələrdə onun haqqında yazılar yayımlanır: “Ermənilərin xüsusi xidmət orqanları boş dayanmırlar. Mənim adıma səhvlərlə dolu saxta raport hazırlayıblar. Biz araşdırma aparırıq və məlum olur ki, sosial şəbəkələrdə bizim əleyhimizə yazanların 90 faizi ermənilərdir, onlar azərbaycanlı adı altında qeydiyyatdan keçiblər”.

Etikxeber.az

Read Previous

“Müharibədə daha çox Paşinyan maraqlıdır, çünki…” – SƏMƏD SEYİDOV

Read Next

Dövlət qulluğuna qəbul olmaq istəyənlər sınaq imtahanları verəcəklər – DİM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir