Müdafiə Nazirliyi də xəbərdarlıq etdi…

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, müdafiə nazirinin müvafiq göstərişi tabeçilikdə olan birlik və birləşmələrə çatdırılıb.

Bunu müvafiq xəbərdarlıqla əlaqədar hərbi hissələrdə görülən tədbirlər barədə Etikxeber.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildiriblər.

Açıqlamada bildirilib ki, göstərişə əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının, eləcə də döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.

Etikxeber.az

Read Previous

Güclü xəzri küləyi əsəcək, havanın temperaturu 10 dərəcə enəcək – SİNOPTİKLƏR

Read Next

“Azəriqaz” havanın kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir