Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluğun birgə tədbirləri davam edir – FOTO

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün imzalanan birgə tədbirlər planına əsasən, Qazax hərbi prokuroru, ədliyyə polkovniki Şahin Zamanov Şəmkirdəki “N” saylı hərbi hissədə şəxsi heyətlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, görüşdə şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyəsi, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət hadisələrinin təhlili və nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Görüş zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran bir sıra suallar cavablandırılıb.

Etikxeber.az

Read Previous

“Koroğlu”da avtobusların dayanacaq yeri dəyişdirilir

Read Next

Kəlbəcərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 24 il keçir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir