Müdafiə Nazirliyindən əhaliyə MÜRACİƏT

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.  

Etikxeber.az-ın məlumatına görə, müraciətdə deyilir ki, aprel ayının 1-dən Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır.

Həmin yazılarda çağırışçıların xidmət keçəcəkləri hərbi hissələrin nömrələri, təyinatı və dislokasiya yerləri göstərilir, eləcə də qarşılıqlı dəqiqləşdirici suallar verilir.

Düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, bu kimi məlumatların yayılması qəti surətdə yolverilməzdir.

Etikxeber.az

Read Previous

Ən böyük tələbə yataqxanası istifadəyə veriləcək – BAKIDA – FOTOLAR

Read Next

Akarla Həsənov bir arada – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir