Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verildi-SƏRƏNCAM

Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:

polkovnik Rəsul Rasim oğlu Əliyevə

polkovnik Elçin Rəhim oğlu Abdullayevə

polkovnik Azər Əfrayıl oğlu Heybətliyə

polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə

polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə.

Etikxeber.az

Read Previous

Dənizdə batan dörd gəncdən sonuncusu-ŞƏHİD SALEH MƏCİDZADƏNİN ƏMİSİ OĞLU PƏRVİZ MƏCİDOVUN DA MEYİTİ TAPILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

İtkin Şəhidlərimizdən olan, bir qız övladı Vətənə əmanət qalan Goranboylu İlham Qəhrəmanovun-ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir