Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən bölmələrdə olub – FOTOLAR

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib.

MN-dən Etikxeber.az-a verilən məlumata görə, şəxsi heyətlə görüşən Müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti və qarşı tərəf barədə ətraflı məruzə edilib.

Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuları qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibəti ilə təbrik edən general-polkovnik Zakir Həsənov Ali Baş Komandanın adından xidmətdə fərqlənənlərə medallar və mükafatlar təqdim edib.

cebhe4

Etikxeber.az

Read Previous

Səfirin qətli Rusiya-Türkiyə münasibətlərinin inkişafına mane olmayacaq – PUTİN

Read Next

Sabah duman olacaq, bəzi ərazilərə qar yağacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir