“Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil…”-AQİL ABBASDAN SƏRT SÖZLƏR…

Tez-tez mətbuatda qazilərimizin ciddi və düzgün şikayətlərini eşidirik. Bizim Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil. Qazilər rayondan bura gəlirlər, onlara bir resept yazırlar ki, get özün al.

Etikxeber.az-ın xəbərinə görə, bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Millət vəkilinin sözlərinə görə, bəzi qazilər ordudan hələ təxris edilməyib.

“Guya ki, onların təzədən gözü bitəcək. Daxili İşlər Nazirliyinin Hospitalı var. Onların əməkdaşları oradakı xidmətdən yüksək səviyyədə yararlanır. Niyə Müdafiə Nazirliyinin Hospitalı qazilərin müalicəsi ilə məşğul olmur? Niyə onlara pulsuz dərmanlar vermir? YAŞAT Fondu sağ olsun, bizim qazilərimizi xaricə müalicəyə göndərir. Xahiş edirəm, müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir”-deyə, millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Şəxsi həyat toxunulmazdır və müzakirə mövzusu olmamalıdır…”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

MM-in iclası-MƏLAHƏT İBRAHİMQIZI YENİLƏNMİŞ MİLLİ ƏSKİNASLARDAN NARAZILIQ ETDİ, FAZİL MUSTAFA “TƏRTƏR İŞİ”NDƏN, SİYAVUŞ NOVRUZOV MİLLİ ATRİBUTLARIN ASILMASI MƏSƏLƏSİNDƏN DANIŞDI VƏ OMBUDSMANIN HESABATI… – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir