“Müflisləşmə və iflas haqqında” qanun publik hüquqi şəxslərə şamil edilməyəcək

“Müflisləşmə və iflas haqqında” qanun bütün publik hüquqi şəxslərə şamil edilməyəcək.

Etikxeber.az-ın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən “Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil olunur. Qanun Mərkəzi Banka şamil edilməyib. Dəyişikliyə əsasən, Mərkəzi Bankın adı bu maddədən çıxarılıb, qanunun publik hüquqi şəxslərə şamil edilməyəcəyi əlavə olunub.

Xatırladaq ki, Mərkəzi Bank da artıq publik hüquqi şəxsdir.

Etikxeber.az

Read Previous

ATƏT Parlament Assambleyasının qış sessiyası fevralın 23-24-də keçiriləcək

Read Next

Azərbaycan digər dövlətlərin təyyarələrini yoxlayacaq?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir