Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Müğənnilər daha çox vergiyə cəlb olunmalıdır.
Gununsesi.info xəbər verir ki, belə bir təkliflə millət vəkili Rüfət Quliyev Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında Vergilər Məcəlləsinin müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, müğənnilər manatın devalvasiyasından sonra toylara dollarla getməyə üstülük verirlər:
“O gün deputatlardan biri çıxışında bizim incəsənət nümayəndələrimizin çox böyük fəxrlə toy məclislərinə manatla yox, dollarla getdiyini gündəmə gətirdi. Bunu da elə böyük fəxrlə deyirlər ki, sanki o müğənnilərə Nobel mükafatı verirlər. Bu da qəribə bir şeydir. İndi bunların da hardasa vergiyə cəlb olunması məsələsi həllini tapmalıdır”.
Deputat əlavə edib ki, onlar vəziyyəti nəzərə alıb toylara daha ucuz getməli olduğu halda, dollarla getdiklərini bəyan edirlər: “Ona görə də təklif edirəm ki, onlar daha böyük məbləğdə vergiyə cəlb olunsunlar”.
Telekanallardakı verilişlərin səviyyəsindən narazıçılığını dilə gətirən R. Quliyev zaman- zaman bir çox məcəllələrə, qanunlara dəyişikliklər edildiyini nəzərə çatdırıb:
“Amma televiziyaların fəaliyyəti ilə bağlı dəyişikliklər etmirik. Bunlara nə etmək olar? Neçə illərdir ki, televiziyaları açırsan, görürsən ki, yenə köhnə hamam, köhnə tasdır. Nə varsa, odur. Smslər göndərirlər, kim kimi sevir, kimləsə evlənmək istəyir. Heç orada yenilik hiss olunmur”.
Millət vəkili əlavə edib ki, lüks malların, TOPAZ kimi təşkilatların üzərinə qoyulan vergiləri qaldırmaq olar:
“Amma ən böyük məsələ kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlıdır. İnsanları torpağa qaytarmaq lazımdır, ancaq onlarda həvəs yoxdur. Camaat torpaqla məşğul olmaq istəmir. Televiziyalara moratorium qoyaq, heç olmasa, hər kanal həftədə bir dəfə sahibkar saatı keçirsin, Verilişə də məmurları, deputatları çağırmasınlar. Kiçik sahibkarlar efirə dəvət olunsun. Onlar efirdə öz istehsal etdiyi məhsulu da təbliğ etsin. Belə olan halda, insanlar qayıdıb torpaqda işləməyə başlayacaqlar”.
Etikxeber.az