Müğənni Aslan Hüseynov yol qəzasında-DÜNYASINI DƏYİŞDİ…

Müğənni Aslan Hüseynov idarə etdiyi avtomobillə qəzaya uğrayıb. 

Etikxeber.az-ın məlumatına görə,  Bakı-Qazax yolunun 60 kilometrliyində “BMW” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü aldığı xəsarətdən ölüb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.

55 yaşında dünyasını dəyişən sənətçi evli idi, 2 övladı var.

Qeyd edək ki, Aslan Hüseynov bir vaxtlar Qırğızıstanda yaşayıb.

Sonralar Bakı şəhərinə köçüb. Onun vaxtilə ifa etdiyi “İgidlər” mahnısı gənclər arasında çox populyar idi.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Cinayət Məcəlləsinə ictimai mənəviyyat əleyhinə cinayətlər fəsilinə, Şəhid adının alçaldılması adlı maddənin əlavə olunması, şəhid adına hörmətsizliyə görə cinayət məsuliyyətinin müəyyən edilməsini təklif edirəm”-BƏHRUZ MƏHƏRRƏMOV DAHA HANSI ÖNƏMLİ TƏKLİFLƏRLƏ ÇIXIŞ ETDİ?

Read Next

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə-XƏBƏRDARLIQ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir