Muğam Mərkəzində “Dələduz” tamaşasının premyerası olacaq

Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında “Dələduz” tamaşasının premyerası olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, bu gün Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında görkəmli Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirovun “Dələduz” tamaşasının premyerası olacaq.

Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tamaşada teatrın aktyorlarından Teymur Məmmədov (Mirzə Dadaş), Mətanət Eres (Gülcahan), Etibar Cəfərov (Məcid), Rasəf Mehdiyev (Qurbanəli), Nazir Rüstəmov (Divanbəyi), Vüqar Ağayev (Fərraş Məmmədəli), Sevic Ağayeva (Pəricahan), Vüsalə Məmmədzadə (Nurcahan), Xanirə İsgəndərova (Ana), Məhbubə Fətəliyeva (Tükəzban) iştirak edirlər.

Etikxeber.az

Read Previous

Maliyyə Nazirliyinin müfəttişi Beytulla Hüseynovdan istintaqa nə deyib?

Read Next

Minlərlə Azərbaycan qadını ağlasığmaz təhqirlərə, zorakılığa məruz qalıb – Komitə sədri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir