Muğam və cazın sintezindən ibarət konsert proqramı təşkil olunacaq

Noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində muğam və cazın sintezindən ibarət konsert proqramı təşkil olunacaq.

 Etikxeber.az xəbər verir ki, konsert proqramı xanəndə Qoçaq Əsgərov və Fransanın tanınmış ifaçısı Pierre de Treqomainin iştirakı ilə baş tutacaq.

Konsertdə xanəndəni Elnur Mikayılov (kamança), İbrahim Babayev (tar), Kamran Kərimov (nağara) və Nicat Aslanov (piano) müşayiət edəcək.

Gecədə bir sıra muğam və təsniflərlə yanaşı, müxtəlif caz nömrələrinə də müraciət olunacaq. Həmçinin, konsert də bir sıra improvizələr də gözlənilir.

 Etikxeber.az

Read Previous

Nazirlik – 31 şirkət birləşib

Read Next

“Uşaqların terroru seyr etməsi əvəzinə idman yarışlarına baxması daha yaxşıdır” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir