“Müharibə təkcə silahla olmur…”-MƏLAHƏT İBRAHİMQIZI “KÖNÜLLÜ” OLA BİLƏR…

Bugünlərdə mətbuatda yayılmış TƏBİB-in koronavirusla mübarizədə tibb işçilərinin könüllü səfərbərliyi ilə bağlı müraciətini-çağırışını oxudum. Hesab edirəm ki, ölkəmizdə bütün tibb işçiləri eləcə də həkimlərimiz bu müraciətə səs verəcəklər. Mən də ixtisasca həkim-millət vəkili və Səhiyyə Komitəsinin üzvü kimi bu çağırışa məmnuniyyətlə qoşulmağa hazıram.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı deyib.

O, sonra bunları bildirib:

“Əminəm ki, ixtisaca həkim olan millət vəkili həmkarlarımın hər biri bu çağırışa müsbət cavab verər. Bildiyimiz kimi bugün bütün dünya eləcə də Azırbaycan bir müharibə vəziyyətindədir. Çünki gözlə görünməyən düşmən heç bir müharibə qaydalarına əməl etmir. Təbii ki, müharibə təkcə silahla aparılmır. Bugünkü müharibə daha təhlükəlidir. Bu mənada Allah lazım etməsin əgər ehtiyac yaranarsa hətta,elə bugün də zəruridirsə indidən bildirirəm ki, məmnuniyyətlə mən TƏBİB-in çağırışına qoşuluram. Əlbəttə biz həm partiyamızın Sədrinin, həm seçicilərimizin 7/24 əsgəriyik.O nların da hər an əmirlərinə hazırıq.

Müharibə təkcə silahla olmur. İndi biz bu müharibənin arxa cəbhəsindəyik. Hər bir Azırbaycan vətəndaşı da bugün öz imkanı, vəzifəsi çərçivəsində dövlətimizin mükəmməl səviyyədə koronavirusa qarşı apardığı mübarizəsinə kömək edir və bunu etməyə borcluyuq. Çünki bu elan edilməmiş müharibə ÜmumXalq Sağlığına qarşıdır. Bu mənada ön cəbhədə koronavirusla savaşan fədakar həkimlərimizin yanında olmağa, onlarla birgə mübarizə aparmağa, bu virusdan yoluxmuş bacı və qardaşlarımıza bir tibb işçisi kimi kömək etməyə hər an hazıram və bunu özümün müqəddəs borcu hesab edirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Deputat onlayn tədris mərkəzində-OLDU VƏ… – FOTOLAR

Read Next

Kamilə Əliyeva da-“KÖNÜLLÜ” OLMAĞA HAZIRDIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir