Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhər sakini Elçin İldırım oğlu Paşayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.
Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:
“Çox hörmətli Mehriban xanım!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Elçin İldırım oğlu Paşayev 1973-cü ilin mart ayının 4-də Bakı şəhərində anadan olmuşam. 1980-1990-cı illərdə orta məktəbdə oxumuşam. Birinci Qarabağ Savaşı zamanı-1992-ci ildə Azərbaycan torpaqlarının müdafiəsində iştirak etmişəm. Müharibə veteranıyam. Ali təhsilliyəm, iki övlad-iki subay oğlan atasıyam. Ehtiyatda olan Baş leytenantam. Özəl sektorda işləmişəm. Son illər çox itkilər yaşamışam. Anamı, qardaşı itirmişəm. 2023-cü ilin sentyabrında isə ali təhsilli-uzun illərin tanınmış pedaqoqu olan bacım Xuraman Məmmədovanın tək, iki övlad atası oğlu Rasim Məmmədov Vətən yolunda qəhrəmancasına Şəhid olub. Bacımın tək oğlunu Vətən yolunda Şəhid vermişik.

Bütün bunlar hamısı nəticə etibarı ilə səhhətimdə ciddi problemlər yaradıb. Onsuz da müharibə zamanı səhhətim xeyli dərəcədə korlanmışdı və illər boyu onun fəsadlarını yaşadım. Ancaq son zamanlar aldığım mənəvi zərbələr, yaşadığım itkilər, acılar yaxşı olmayan səhhətimi daha da pisləşdirdi. 2024-cü ildən bu yana iki ildir ki, qan xərçəngi, böyrək xəstəliyindən əziyyət çəkirəm. Demək olar ki, hər gün ağır mülacilər, müayinələr alıram. Ancaq səhhətimdə heç bir irəliləyiş yoxdur.
Özümün də, yaxınlarımın da maddi durumu yaxşı deyil. Yəni, artıq müalicə və müayinə xərclərini ödəməkdə, qarşılamaqda çox çətinlik çəkirəm. Yenə də deyirəm ki, gündəlik müalicə və müayinəm üçün külli miqdrada vəsait tələb olunur, bu isə artıq imkanım, imkanlarımız xaricindədir.


Dəyərlimiz, əzizimiz Mehriban xanım!
Bu müraciəti ünvanlamaqla, bir müharibə veteranı, Şəhid dayısı, iki subay oğlan atası kimi Sizdən mənə dəstək olmağınızı xahiş və rica edirəm. Çox xahiş edirəm-imkanlarınız və səlahiyyətləriniz çərçivəsində mənim müalicəmin, müalicə və müayinə xərclərimin dövlət hesabına olması, dövlət tərəfindən qarşılanması üçün əlinizdən gələni əsirgəməyəsiniz, müvafiq qurum və səlahiyyət sahiblərinə göstəriş və tapşırıqlarınızı verəsiniz. Yaşamaq, iki övladımı evləndirmək, ailə sahibi etmək istəyirəm. Arzularım var. Ona görə nəinki Azərbaycanımızın, bütün dünyanın mərhəmət və şəfqət simovolu kimi Sizdən mənə dəstək və yardımçı olmağınızı xahiş və rica edirəm.
İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq, öz müsbət həllini tapacaq və yenidən sağlamlığıma qovuşacağam.
Öncədən də Sizə öz dərin minnətdarlığımı bildirirəm. Allah Sizi, gözəl ailənizi və Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az