“Müharibə başlayarsa, bu, bütövlükdə region, daha geniş vüsət alarsa, dünya üçün təhlükə yaratmış olacaq…”-MÜBARİZ QURBANLI

Ermənistanın sərhəddə törətdiyi təxribatlar işğal olunmuş ərazilərimizdə aparılması gözlənilən antiterror əməliyyatından diqqəti yayındırmaq məqsədi daşıyır.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Ermənistan çalışır ki, müharibə başlanacağı təqdirdə, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) prosesə cəlb olunsun:

“Azərbaycanın indi apardığı siyasət çox doğrudur. Biz hərbi əməliyyatları başlaya biləcəyimizi və başlayacağımızı açıq şəkildə bəyan edirik. Yəni Ermənistanın törədəcəyi təxribata güclü şəkildə cavab veriləcəyi göz önündədir. Bu, artıq söz deyil, əməldir”.

Ermənistan tərəfinin danışıqlara hazır olduğuna dair açıqlamalarına münasibət bildirən M.Qurbanlı deyib:

“Azərbaycan nəticəsi olan danışıqların tərafdardır. Hazırkı status-kvo Azərbaycanı qane etmir. Bu, yalnız Ermənistana sərf edə bilər. Çünki onlar ərazilərimizi işğal edərək orada yerləşiblər. Müharibə başlayarsa, bu, bütövlükdə region, daha geniş vüsət alarsa, dünya üçün təhlükə yaratmış olacaq. Ona görə də dünya ölkələri, beynəlxalq təşkilatlar münaqişənin həllində ədalətli mövqe nümayiş etdirməlidirlər”.

Etikxeber.az

Read Previous

“Rusiya Qarabağ münaqişəsini öz xeyrinə olan formatda həll etmək istəyir ki…”-GƏNC POLİTOLOQUN BAXIŞI

Read Next

“Bölgədə əslində sülhməramlıya yalnız Zəngəzur və Göyçədə ehtiyac var…Qaçqınlar Qərbi Azərbaycana-öz ata-baba yurdlarına qayıdanda, onların orada real təhlükə ilə qarşılaşacağı aydındır, bu baxımdan, sülhməramlı məhz orada lazımdır”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir