Müharibə veteranları üçün döş nişanının təsisi-TƏKLİF EDİLİR…

Qarabağ müharibəsinin iştirakçıları tərəfindən Ombudsmana ünvanlanan bir çox müraciətlər “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı olub.

Etikxeber.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və “Azərbaycan Respublikasının müharibə veteranı” statusu verilmiş şəxslər üçün döş nişanının təsis edilməsi təklif edilib.

Həmçinin sənəddə qeyd edilib ki, Ombudsmana müraciətlər müharibə dövründə döyüşlərdə iştiraka görə təltif məsələləri ilə bağlı olmuş, bununla əlaqədar aidiyyəti səlahiyyətli dövlət qurumları ilə əməkdaşlıqda araşdırmalar aparılıb, müvafiq tədbirlər görülüb.

Həmçinin, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Ombudsmanın ünvanına daxil olmuş müraciətlər üzrə də araşdırmalar aparılıb.

Şəhid ailələri və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi istiqamətində də tədbirlər görülüb.

Etikxeber.az

Read Previous

Hava buludlu və küləkli olacaq-SABAH

Read Next

Tofiq Kazımovun 100 illik yubileyi qeyd ediləcək-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir