“Müharibədən bir gün öncə elə sevinir, elə deyib-gülürdü ki…Sanki toya, bayrama hazırlaşırdı…”-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ-MAXE HİDİ VƏLİYEVİN ANASI SƏNUBƏR TEYMUROVA – FOTOLAR

Bu gün yenə Şəhid ocağını, Şəhid ailəsini ziyarətə gəlmişəm…

Yenə Şəhid ailəsində, Şəhid ocağındayam…

Yenə Qəhrəman Goranboylu, 1988-ci ildən 2020-ci ilə, Qələbə və Zəfərimizə kimi düşmənə sipər olan Qəhrəman Tap-Qaraqoyunlulu İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin dörd övladından biri, MAXE, üç medallı, subay Hidi Bəxtiyar oğlu Vəliyevgildəyəm…

Şəhid bacısı Əfsanə xanımla anasının dayısı Birinci Qarabağ Savaşının Şəhidi, atası isə Birinci Vətən Müharibəsinin iştirakçısı olan Hidinin qonaqpərvər, insanpərvər, Vətənpərvər ailəsi ilə yenidən bir aradayam…

Artıq neçənci dəfədir bu ailədə, bu müqəddəs Şəhid ocağındayam…sayını itirmişəm, dəqiq bilmirəm…

Çünki hər dəfə Qəhrəman Goranboyuma, doğma yurduma, elimə-obama gələndə ən çox ziyarət etmək, ən çox baş çəkmək, söhbətləşmək istədiyim Şəhid ailərindəndir Şəhidin Hidimizin ailəsi…

Hər dəfə Goranboya gələndə bu ailəni, bu ocağı ziyarət etmək istəyirəm…

Özümü bu ocağda öz doğma evimdəki kimi hiss edirəm…

Düzdür, hər bir Şəhid ocağında olduğu kimi, bu ocaqda da olanda təsirlənirəm, kövrəlirəm, duyğulanıram…

Çünki duyğulanmamaq, təsirlənməmək, kövrəlməmək mümkün və əldə deyil…

Çünki minbir əziyyətlərlə böyütdükləri övladlarını itirmiş, Şəhid vermiş ailədir, Qəhrəman Şəhid ailələrdən biridir…

Yaralı, Dərdli, Acılı, həm də Qürurlu, Dik duruşlu ailədir Hidimizin ailəsi…

Səmimi, sadə ailədir Qəhrəmanımızın, Vətən fədaimizin ailəsi…

Ona görə bu ailədə, bu ocaqda olanda özümü çox rahat hiss edirəm…

Bu dəfə də Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin məkanı cənnətlik olsun!”-dedim…

Eyni zamanda, Novruz bayramı və qarşıdan gələn Ramaz bayramı münasibəti ilə təbrik etdim…

Şəhidimizin anası Sənubər xanımla, bacısı, keçmiş hərbçi, Aprel döyüşlərinin iştirakçısı Nərgiz xanımla söhbətləşdim, dərdləşdim…

Yenə birlikdə kövrəldik, duyğulandıq, təsirləndik…

Şəhidimizin anası Sənubər xanımın dediklərindən:

“…Hidi müharibənin başlayacağını bilirdi, bizdən gizlətməyə çalışsa da…Ayın 26-sı, müharibədən bir gün öncə elə sevinir, elə deyib gülürdü ki…Sanki toya, bayrama hazırlaşırdı…Həm də deyirdi ki, mən getməsəm, o getməsə, kim gedəcək, kim Vətəni, ana-bacı namusunu qoruyacaq…Bəli, oğlum müharibəyə deyə-ülə getdi…Və müharibənin ilk günündə qəhrəmancasına Şəhid oldu…”

Məqamı Ucalardan Uca, dərgahı mübarək olsun-Hidi balamızın, Hidi Vəliyevin!

Nur içində rahat uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava buludlu və dumanlı olacaq-SABAH

Read Next

“Bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin nəticəsidir”-İLHAM ƏLİYEV ŞARL MİŞELLƏ TELEFON DANIŞIĞINDA BELƏ DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir