“Mükafatınız və yubiley yaşınız mübarək, doktor!”-JALƏ ƏLİYEVA İSA İSAYEVİ TƏBRİK ETDİ

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva tanınmış həkim İsa İsayevi 2-ci dərəcə Əmək ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Ölkə Prezidenti cənab İlham Əliyev bu gün məşhur həkim, dəyərli ziyalı, həssas insan İsa İsayevi Azərbaycan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərinə görə ali mükafatla, 2-ci dərəcə Əmək ordeni ilə təltif edib.

Biz də bu yüksək ada layiq görülməsi münasibətiylə sevimli doktorumuzu, hörmətli həmyerlimizi ürəkdən təbrik edir, ona insanlarımızın sağlamlığı naminə həyata keçirtdiyi çətin, eyni zamanda şərəfli peşəsində bu günə qədər olduğu kimi, bundan sonra da böyük uğurlar, möhkəm can sağlığı, uzun ömür arzulayırıq.

Mükafatınız və yubiley yaşınız mübarək, əziz İsa doktor!”

Qeyd edək ki, İ. İsayev Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbəridir. 

Etikxeber.az

Read Previous

“Belə bir vəziyyətdə insanları çox dalana dirəməməliyik…”-BƏHRUZ MƏHƏRRƏMOV BU DƏFƏ BANKLARA SƏSLƏNDİ…

Read Next

RUSİYA ÖZ XƏFİYYƏLƏRİNƏ QƏTL ƏMRLƏRİNİ VERİR…-Baxış

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir