“Mülki əhalinin atəşə tutulması yolverilməz, qəbuledilməz, dözülməzdir…Ermənilərin bu barbarlığı təcili dayandırılmalı, dünya bu vəhşiliyə səssiz qalmamalıdır”-İLHAM MƏMMƏDOV

Şanlı ordumuzun döyüş taktikası öz torpaqlarını azad etmək uğrunda apardığı mücadilədir. Bizim taktikamız torpaqlarımıza soxulmuş terrorçu qrupları zərərsizləşdirmək və onları torpaqlarımızdan qovmaqdır. Bu, müqəddəs Vətən müharibəsidir. Müharibənin də öz qayda-qanunları, şərtləri var. Təbii ki, biz bunu işğalçı ermənilərdən gözləmirik. Çünki onlar beynəlxalq hüquqa və beynəlxalq tələblərə çoxdan tüpürüblər. Onların dünyaya, beynəlxalq ictimaiyyətə sayğısızlıqları və hörmətsizlikləri bu günün işi deyil, hər zaman belə olublar.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

Millət vəkili bununla yanaşı qeyd edib ki, dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üçün cavabdeh olan qurum-BMT var.

“İkinci dünya müharibəsindən sonra münaqişə ocaqlarında mülki əhalinin əziyyət çəkməsinin qarşısını almaq üçün Cenevrə Konvensiyası qəbul edilib. Bunu bütün dünya qəbul edib, ancaq çox təəssüf olsun ki, Ermənistan digər beynəlxalq qayda-qanunlar kimi, buna da əməl etmir və bizim mülki əhalimizi atəşə tutur. Tərtərdə, Naftalanda, Goranboyda, hətta döyüş bölgəsindən uzaqda olan Bərdə də belə, kəndləri, mülki əhalini atəşə tuturlar.

Bu, artıq belə dözülməzdir. Bir daha dünyaya çağırış edirik ki, mənfur erməni-faşist dövləti mülki əhalini atəşə tutur. Mülki əhali arasında həlak olanlar, rəhmətə gedənlər var. Mülki əhalinin evləri-eşikləri dağıdılır. Bu, 21-ci əsrdir. Sual etmək lazımdır, BMT-nin o dörd qətnaməsini yerinə yetirmirsiniz, bəs, mülki əhalinin qırılmasına, ermənilər tərəfindən məhv edilməsinə nə deyirsiniz? Yenə də çox təəssüflər olsun ki, birtərəfli bəyanatlar, çağırışlar səsləndirilir.

Ancaq yaralı hərbçilərimizlə görüşdə möhtərəm cənab Prezidentimiz qeyd etdi ki, “Ali Baş Komandan kimi tapşırmışam ki, ermənilərin mülki əhali yaşayan ərazilərinə bir güllə də atılmasın”. Bu, Azərbaycan dövlətinin humanizmi, bu isə mənfur ermənilərin özlərinə xas olan “döyüş taktikası”-mülki əhalini ağır artilleriya atəşinə, iri çaplı silahlardan atəşə tutmaq, məhv etmək.

Biz bir daha dünyaya bəyan edirik ki, açın gözünüzü, yaxşı baxın. Avropadan, Qərbdən danışıq, sülh üçün çağırış edən Fransanın, Böyük Britaniyanın, Rusiyanın, Almaniyanın və digər Avropa ölkələrinin başçılarına burdan səslənirik: Bəs siz hara baxrsız? Biz öz torpağımızda müharibə aparırıq, öz torpağımızı azad edirik, məgər Ermənistanın bir qarışına bir Azərbaycan gülləsi keçibmi? Xeyr!

Ona görə həmin dövlətlərdən tələb edirik ki, artıq buna-ermənilərin barbarlığıba son qoysunlar. Əgər belə olmayacaqsa, Azərbaycan ciddi-adekvat tədbirlər görməyə məcbur olacaq. Və bəşəriyyətə qarşı olan, insanlığa qarşı olan bu günah yenə də Ermənistanın üzərində qalacaq”-deyə, İ. Məmmədov əlavə edib.

19:51, 1 oktyabr

Etikxeber.az

Read Previous

XİN həmsədr ölkələrin rəhbərlərinin bəyanatına münasibət-BİLDİRDİ… – YENİLƏNİB

Read Next

“Makronun timsalında Fransa həmsədr kimi öz reputasiyasını tamamilə itirdi… Onun Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsinə baxılmalıdır…”-ELDƏNİZ SƏLİMOVUN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir