“Mümkündür ki, Çexiya da Azərbaycana silah satmağa qərar versin” – ELXAN ŞAHİNOĞLU

“Müdafiə naziri Zakir Həsənov oktyabrın 18-də Çexiyaya səfər edib. Nazir Çexiyaya səfəri çərçivəsində bu ölkənin hərbi təyinatlı məhsullarının istehsalı sahəsində ixtisaslaşan şirkətlərini ziyarət edib. Azərbaycanın müdafiə nazirinə bu şirkətlərin istehsal etdiyi məhsullar nümayiş etdirilib və onların fəaliyyəti barədə brifinqlər təqdim olunub”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun dediyinə görə, Azərbaycan bir sıra dövlətlərdən silah və hərbi texnika alır. Türkiyə xaricində Azərbaycan NATO ölkələrindən silah almır. Çünki, qeyri-rəsmi embarqo var.

“NATO ölkələri Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycana və Ermənistana silah satmamağa üstünlük verirlər. Ancaq Azərbaycan və Ermənistan onsuz da müxtəlif ölkələrdən silah alırlar. Azərbaycan modern hərbi texnikanın alışına milyardlarla dollar xərcləyir. Ona görə də bəzi NATO ölkələri bu bazarı tamamilə rəqiblərə əldən verməmək haqqında düşünə bilərlər. Mümkündür ki, Çexiya Türkiyədən sonra ikinci NATO ölkəsi olsun ki, Azərbaycana silah və hərbi texnika satmağa qərar versin”– deyə, o, daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub

Read Next

Qazax-Kosalar avtomobil yolunun təqdimatı olub – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir