“Mümkündürsə, ilin sonuna qədər tələbələrə təhsil haqqının ödənilməsi möhləti verilsin”-NAQİF HƏMZƏYEVDƏN ÖNƏMLİ TƏKLİF

Bəzi ailələrin övladları təhsil haqqını ödəyə bilmirlər. Bu səbəbdən də imtahana buraxılmırlar.

Etikxeber.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.

Millət vəkili spiker Sahibə Qafarovadan xahiş edib ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsin.

“Mümkündürsə, ilin sonuna qədər tələbələrə təhsil haqqının ödənilməsi möhləti verilsin”-deyən deputat həmçinin, koronavirusu gizli keçirib immunitet qazanmış vətəndaşların probleminə də toxunub.

O, qeyd edib ki, hazırda pandemiya ilə bağlı yumşalamalar həyata keçirilir:

“Artıq Covid pasportlarını hər kəs almağa çalışır. Ancaq bəzi vətəndaşlar var ki, onlar bu xəstəliyi gizli keçirib. Bu məsələdə boşluq var. Həmin şəxslər pasport ala bilmirlər. Biz Operativ Qəraragaha müraciət edərək, onların da problemlərinin həll olunmasına çalışaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in iclası-SPİKER 15 İYUNDAN DANIŞDI, CEYHUN MƏMMƏDOV DÜNYANI ERMƏNİ KEŞİŞİNİN QARABAĞA QANUNSUZ SƏFƏRİNİ PİSLƏMƏYƏ, TAHİR RZAYEV “RADİKAL MÜXALİFƏT”İ KEÇMİŞLƏRİNİ UNUTMAMAĞA ÇAĞIRDI, VAHİD ƏHMƏDOV HÖKUMƏTƏ SƏSLƏNDİ – YENİLƏNİB – (4)

Read Next

MM-in komitə sədri millət vəkillərini, özəl şirkətləri, dövlət qurumlarını-“MƏŞĞULLUQ MARAFONU”NA QOŞULAMAĞA ÇAĞIRDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir