“Münaqişə yalnız ərazi bütövlüyünün təmin olunması şərtilə həll olunmalıdır: İstər hərb, istər sülh!” – DEPUTAT

Artıq uzun illərdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan, BMT-nin qətnamələrini, digər beynəlxalq təşkilatların verdiyi bəyənatları görməzdən gəlir  və  sülh çağırışlarını qulaqardına vurur. Üstəlik münaqişənin nizamlanması ilə əlaqədar son görüşlərdə Ermənistanın qeyri müəyyən davranışları, danışıqların mahiyyətinə əks manevrlər etməsi riyakarlıqdan və həyasızlıqdan başqa bir şey deyil.  Hər bir halda Ermənistan tərəfi anlamalıdır ki, mövcud status-kvonu saxlamaq və vaxt qazanmaq onların xeyrinə deyil, çünki zaman Ermənistanın xeyrinə işləmir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sona Əliyeva deyib.

O, qeyd edib ki,  Azərbaycan hər keçən gün siyasi və iqtisadi nüfuzunu artırır, üstəlik Ermənistanda daxili siyasətdə olan qeyri- stabillik və gərginlik davam edir, təcrübəsiz və hesablanılmamış qərarlar seperatçı rejimlə mövcud  iqtidarın arasındakı münasibətləri daha da gərginləşdirir.

“Hər bir halda, seperatçı Dağlıq Qarabağ rejiminin tərəf kimi, danışıqlarda iştirakı mümkünsüzdür. Qarşı tərəfin uğursuz cəhdləri, danışıqların faktiki strukturunu dəyişmədi, lakin ATƏT-in Minsk qrupunun təşkilatçılığı ilə baş tutan görüşlərdə də Ermənistanın iküzlü davranışları əsaslı danışıqlara, münaqişənin nizamlanmasına imkan vermir.

sona-5

Sözdə bir, əməldə başqa olan işğalçı dövlət öz erməni xislətindən və mənfur niyyətindən əl çəkə bilmir. Buna baxmayaraq, Azərbaycan tərəfi öz mövqeyində israrlıdır,  bu münaqişə yalnız ərazi bütövlüyümüzün təmin olunması şərtilə həll olunmalıdır. İstər hərb, istər sülh!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

“UNESKO ailəsinin üzvü olmaq mənim üçün xoşdur, böyük şərəfdir” – MEHRİBAN ƏLİYEVA – FOTOLAR

Read Next

Azərbaycan Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünclə başa vurdu – BAYRAQDARIMIZ ASİM QURBANLI OLACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir