Münaqişə zonasında olan qadınların reabilitasiyasına diqqət yetirilməlidir – QAFAROVA

Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə insan, o cümlədən qadınlarımız əsir və itkin düşüb. Biz bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarla çalışırıq.
 
Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisdə (MM)  
Avropa İttifaqı (Aİ) – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının Bakıda keçirilən ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən millət vəkili, AŞPA-nın komitə sədri Sahibə Qafarova bildirib.

sahibaaaa

S. Qafarovanın  dediyinə görə, münaqişə zonasında olan qadınların reabilitasiyası istiqamətində də işlərə diqqət yetirilməlidir.

“Azərbaycan hökumətinin bu istiqamətdə səylərinə baxmayaraq, qaçqın və məcburi köçkün qadınların heç də hamısı cəmiyyətə tam inteqrasiya olmayıblar. Çünki o insanlar doğma torpaqlarına qayıtmaq istəyirlər. İşğal olunmuş ərazilərdən qovulmuş insanların hüquqları bərpa olunmalıdır”-deyə, S. Qafarova sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dağlıq Qaraağ ərazisindən heç bir mal və xdmət ixrac etmirik – AVROPA İTTİFAQI

Read Next

Birgə Bəyanat və Tövsiyələr qəbul edildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir